Baku2025 Minifutbol üzrə Dünya Çempionatının bağlanış mərasimi bu gün keçiriləcək

Bu gün, iyun ayının 7-də, Bakıda keçirilən Minifutbol üzrə Dünya Çempionatı – Baku2025 turnirinin təntənəli bağlanış mərasimi baş tutacaq.

Bağlanış mərasimi saat 19:15-də başlayacaq. Rəsmi hissədən əvvəl təşkil olunacaq konsert proqramında Xalq artisti Faiq Ağayevgənc müğənni Mərdan Kazımov səhnə alacaqlar.

Gecənin əsas hadisəsi isə saat 20:00-da başlayacaq final görüşü olacaq. Azərbaycan millisi həlledici qarşılaşmada Macarıstan yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması turnirin qrup mərhələsində Monteneqro 2:1 hesabı ilə məğlub etmiş və finala qədər uğurlu çıxışı ilə yadda qalıb.

Müəllif: Bəhruz MƏMMƏDOV