3x3 basketbol üzrə "ABB Qadınlar Liqası"nın qalibi bəlli olub

1 iyun Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Qadınlar Liqası"nın final mərhələsinin oyunları baş tutub.
Əsas mərhələnin final görüşündə "RİOEUGİM 2" ilə "AzStars" komandası üz-üzə gəliblər. Oyunu "RİOEUGİM 2" komandası 16-10 hesablı qələbə ilə tamamlayaraq "ABB Qadınlar Liqası"nın çempionu olub. Final oyununun ən dəyərli basketbolçusu (MVP) "RİOEUGİM 2" komandasının üzvü Leyla Abdullayeva seçilib.
Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmiləri təqdim ediblər.
