Bakıda keçirilən dünya çempionatında Azərbaycan qalib gəldi

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı başa çatıb. Bizim.Media xəbər verir ki, mundialın son günündə 3-cü yer uğrunda və final qarşılaşmaları keçirilib. Əvvəlcə Serbiya və Monteneqro milliləri üçüncü yer uğrunda mübarizəyə start veriblər. Asan qələbə qazanan serblər dünya üçüncüsü olublar. Azərbaycan komandası Milli Gimnastika Arenasında keçirilən final matçında Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionluğunu qazanıb.
Dünya çempionatı
3-cü yer uğrunda görüş
1 iyun
18:00. Monteneqro – Serbiya 0:3
Final
20:00. Azərbaycan – Macarıstan 4:2
