Azərbaycan Kamandan Oxatma yığması Dünya Kubokunda yarışacaq

Azərbaycanın kamandan oxatma üzrə milli komandası 3–8 iyun tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək 2025-ci il Kamandan Oxatma üzrə Dünya Kubokunun 3-cü mərhələsində iştirak edəcək.
Beynəlxalq turnirdə ölkəmizi Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Vengerov və Əhməd Hüseynov təmsil edəcək.
Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda mübarizə aparacaqlar.
