Millimiz Qızıl Liqada növbəti oyununu da məğlubiyyətlə başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb. Komandamız Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13-15 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və Rumıniya yığması olacaq.
Avropa Qızıl Liqası (qadınlar)
II tur (Slovakiya)
6 iyun
Azərbaycan - Slovakiya 0:3 (20:25, 12:25, 20:25)
7 iyun
Monteneqro - Azərbaycan 3:1 (25:18, 16:25, 25:19, 25:18)
