UFC-nin Bakıda təşkil olunacaq turniri İdman TV-də! - VİDEO

ESTAFET/ Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC, Azərbaycanın aparıcı idman kanalı İdman TV ilə əməkdaşlığa başlayaraq, “UFC FIGHT NIGHT: HILL Rauntriyə qarşı" tədbirini canlı yayımlayacaq.

İdman TV 21 iyun saat 20:00-da keçiriləcək tədbirin bütün əsas və ilkin döyüşlərini, eləcə də 20 iyun saat 18:00-da baş tutacaq rəsmi çəki mərasimini canlı yayımlayacaq.

Qeyd edək ki, əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill, parlamaqda olan ulduz Xəlil Rountri ilə qarşılaşacaq. Həmin gecənin birgə əsas döyüşündə isə azarkeşlərin sevimlisi, azərbaycanlı döyüşçü Rafael Fiziev çilili Iqnacio Bahamondes ilə üz-üzə gələcək.

Müəllif: Natiq NƏSİROV