Millimiz Ukrayna ilə bu stadionda qarşılaşacaq

ESTAFET/ Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Müəllif: Natiq NƏSİROV