“Milan” iki hücumçuya diqqət yetirir

ESTAFET/ “Milan” rəhbərliyi “rossoneri”nin hücum xəttini gücləndirmək niyyətindədir.

İtaliya nəhəngi uruqvaylı hücumçu Darvin Nunyes (“Liverpul”) və serb hücumçu Duşan Vlahoviç (“Yuventus”) üzərində diqqət cəmləyib.

Vurğulanır ki, “Milan”ın baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri serb hücumçunun xidmətində şəxsən maraqlıdır.

Müəllif: Orxan NOVRUZOV