“Arsenal” “Əl-Nəsr”in müdafiəçisi ilə güclənə bilər

ESTAFET/ “Arsenal” “Əl-Nəsr”in 31 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Emerik Lyaportu “topçular”ın düşərgəsinə qata bilər.
“Əl-Nəsr” mümkün keçidə qarşı deyil və futbolçu müqabilində 25 milyon avro məbləğində ödəniş tələb edir.
“Arsenal”ın Lyaportla bağlı məlumat topladığı vurğulanır.
Əlavə edək ki, Bilbao “Atletik”i və Marsel “Olimpik”inin də Emerik Lyaporta qiyabi marağı haqda məlumat var.
