Təntənəli çəkiölçmə mərasimi azarkeşlər üçün açıq olacaq - UFC

ESTAFET/ 20 iyun 2025-ci il tarixində Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş həftəsində azarkeşləri daha bir möhtəşəm tədbir – təntənəli çəkiölçmə mərasimi gözləyir.
Saat 17:00-dan etibarən UFC döyüşçüləri səhnəyə çıxaraq, azarkeşlərin suallarını cavablandıracaqlar. Tədbir Baku Crystal Hall-da baş tutacaq və azarkeşlər üçün açıq olacaq.
Saat 18:00-da isə oktaqonda qarşılaşacaq döyüşçülərin təntənəli çəkiölçmə mərasimi başlayacaq. Üzləşmə mərasimi baş tutacaq və döyüş öncəki son açıqlamalar veriləcək.
Qapılar saat 16:30-da açılacaq. Media nümayəndələri girişdə qeydiyyatdan keçməlidirlər.
UFC azarkeşlərini möhtəşəm atmosfer, canlı ünsiyyət və unudulmaz həyəcan gözləyir!
Giriş sərbəstdir.
UFC Fight Night həftəsinin ən həyəcanlı tədbirini canlı yaşamaq fürsətini əldən verməyin!
