“Neftçi” hücumçusu ilə vidalaşdı

ESTAFET/ “Neftçi” hücumçusu Dembo Darbo ilə yollarını ayırıb.

26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV