Azərbaycan karateçilərindən Moldovada 6 medal

ESTAFET/ Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.
Yarışda Elnur Qasımzadə (67 kq) birinci, Hikmət Ağayev 60 (kq) və Əliəkbər Əlizadə (75 kq) ikinci yeri tutublar.
Osmanov Şaiq (75 kq), Sahibli Sahib (84 kq) və Hüseynli Elmin (84 kq) isə turnirin bürünc mükafatına sahib çıxıblar.
Qeyd edək ki, komandamız bu yarışda AKF -in Deflimpiya üzrə baş məşqçisi Seymur Xudaverdiyevin rəhbərliyi ilə iştirak edib.
Bundan əlavə, ölkəmizi yarışda beynəlxalq dərəcəli hakim Şahin Xudaverdiyev də təmsil edib və turnirdə hakim qismində çıxış edib.
