Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Karateçilərimizdən DÇ-yə beş lisenziya -
Karateçilərimizdən DÇ-yə beş lisenziya

ESTAFET/ Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.

Mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.

Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub.

Dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək.

Müəllif: Natiq NƏSİROV