Hidayət Heydərov ilk görüşdə məğlub oldu -

ESTAFET/ Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

Son Avropa, dünya və Olimpiya çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Müəllif: Natiq NƏSİROV