Vizer yenidən IJF prezidenti seçildi

ESTAFET/ Marius Vizer yenidən Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti seçilib.
Bu barədə Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyasının (ASOIF) rəhbəri İnqmar de Vos məlumat verib.
O, 66 yaşlı funksionerin yenidən IJF-nin rəhbəri seçildiyini söyləyib.
Qeyd edək ki, Marius Vizer 2007-ci ildən bu vəzifədə çalışır.
