Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi olub

ESTAFET/ Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirin qalibi olub.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibinə qalib gəlib.

Müəllif: Natiq NƏSİROV