“Sabah”da ayrılıq

ESTAFET/ “Sabah” futbolçusu Şakir Seyidovla yollarını ayırıb.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Müəllif: Orxan NOVRUZOV