Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

ESTAFET/ Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.

Müəllif: Natiq NƏSİROV