Azərbaycan yığması Xorvatiyaya uduzdu

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Xorvatiyanın Zadar şəhərində meydan sahibləri ilə üz-üzə gələn yığma 1:3 hesabı ilə məğlub olub.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.
