MİLLİMİZ YARIMFİNALDA!!!: AVRO-2017
ESTAFET/ Qadın voleybolçular arasında Avropa çempionatında bu gün qaln 2 yarımfinalçının adına aydınlıq gələcək.
İlk olaraq meydana çempionatda məğlubiyyətsiz irəliləyən Azərbaycan yığması çıxacaq. Faiq Qarayevin yetirmələri seriyanı davam etdirmək üçün qrupda məğlub etdikləri Almaniya ilə bu dəfə yarımfinal üçün oynayacaqlar. Bu cütün qalibini yarımfinalda dünən İtaliyanı mübarizədən kənarlaşdıran Hollandiya millisi gözləyir.
Digər qarşılaşma Rusiya və Türkiyə arasında baş tutacaq.
Avro-2017
1/4 final mərhələsi
29 sentyabr 2017-ci il. Milli Gimnastika Arenası
18:00. Azərbaycan - Almaniya 3:0 (25:20, 25:18, 25:21)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,
Baş məşqçi: Feliks Kozlovski