Millimiz Rumıniyaya məğlub oldu

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəni başa vurub.

Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında komandamız Rumıniya yığması ilə üz-üzə gəlib.

Zadar şəhərində təşkil olunan görüşün qalibi Rumıniya millisi olub.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.

Rumıniya - Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)

Müəllif: Natiq NƏSİROV