“Fənərbağça” “Mançester Siti”nin müdafiəçisi ilə danışıqlar aparır

ESTAFET/ “Fənərbağça” “Mançester Siti”nin 35 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Kayl Uokerin xidmətində maraqlıdır.
“Fənər” futbolçunun agenti ilə danışıqlara girib və Uokerin ən azı iki illik müqavilədə maraqlı olduğu haqda məlumat alıb.
Vurğulanır ki, Uoker “Fənərbağça” ilə razılıq əldə edə bilsə, “şəhərlilər” futbolçunun keçidinə xeyir-dua verəcəklər.
Xatırladaq ki, Uoker mövsümün ikinci yarısını “Milan”ın uğurları üçün çalışıb.
