Türkiyədə növbəti baş məşqçi istefası

ESTAFET/ Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
“Kayserispor” Markus Gisdolla yollarını ayırıb. Bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib.
Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gisdol mövsümün əvvəlində “Kayserispor”un baş məşqçisi təyin olunmuşdu.
“Sarı-qırmızılar” Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
