Millimiz Farer adaları ilə üz-üzə

ESTAFET/ Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında bu gün növbəti matçını keçirəcək.

Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Gümüş Avropa Liqasının 3-cü turu Farer adalarında təşkil olunub. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV