“Formula 1” Azərbaycan Qran-prisi üçün könüllü seçimləri davam edir - 31 mindən çox müraciət daxil olub

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi davam edir.
innews.media məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov jurnalistlərə açıqlamasında bu günədək 7000-dən çox namizədin müsahibədə iştirak etdiyini bildirib.
Ə.Xəlilov qeyd edib ki, turnir üçün ümumilikdə 31 mindən çox müraciət qeydə alınıb. Bu, Bakıda keçirilən “Formula 1” yarışları tarixində ən yüksək göstərici hesab olunur.
“Azərbaycan Qran-prisində cəmi 2000 könüllü iştirak edəcək”, – deyə o əlavə edib.
Xatırladaq ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi bu il 19–21 sentyabr tarixlərində keçiriləcək.
