AMADA: İki idmançı 24 aylıq diskvalifikasiya edilib

innews.media Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, iki idmançı antidopinq qaydalarının pozulmasına görə 24 ay müddətinə diskvalifikasiya olunub.
Məlumata əsasən:
- Karateçi İlkin Abaslı – qadağan edilmiş üsuldan istifadə etdiyinə görə,
- Boksçu Rüfət Nəbiyev – məkan məlumatı (whereabouts) pozuntusuna görə
hər biri iki illik diskvalifikasiya cəzası alıb.
Agentlik bildirir ki, bu cəzalar idmançıların dopinqə qarşı mübarizə prinsiplərinə zidd hərəkətləri ilə əlaqədardır.
