"Gəncə" Marianna Abuyeva ilə gücləndi

Qadın voleybolçulardan ibarət "Gəncə" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Bölgə təmsilçisi yerli voleybolçu Marianna Abuyeva ilə bir mövsümlük müqavilə imzalayıb.

Təcrübəli oyunçu ötən mövsümdə “Milli Aviasiya Akademiyası” klubunun formasını geyinib.

Müəllif: Bəhruz MƏMMƏDOV