"Sumqayıt" Murad Xaçayevlə yollarını ayırdı

"Sumqayıt" futbol klubu uzun illərdir komandada çıxış edən Murad Xaçayevlə yollarını ayırıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"ın heyətində çıxış edirdi. Bu müddət ərzində o, bütün turnirlər daxil olmaqla 176 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Klubdan ayrılıqla bağlı futbolçuya təşəkkür edilib və karyerasında uğurlar arzulanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV