"Gəncə" klubuna yeni məşqçi qoşuldu

"Gəncə" voleybol klubu heyətini yeni məşqçi ilə gücləndirib.

Komanda Xanlar Ələkbərov ilə bir mövsümlük müqavilə imzalayıb.

Təcrübəli mütəxəssis 2024/2025 mövsümündə köməkçi məşqçi qismində çalışacaq. O, ötən mövsümü "Abşeron" klubunda keçirib.

Qeyd edək ki, Xanlar Ələkbərov yerli voleybol mühitində çalışqanlığı və taktiki hazırlığı ilə tanınır.

Müəllif: Bəhruz MƏMMƏDOV