“Sumqayıt” klubunda daha üç ayrılıq

“Sumqayıt” futbol klubu heyətində növbəti dəyişikliklər edib.
“Gənclik şəhəri” təmsilçisi Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla yollarını ayırıb. Futbolçularla mövsümün sonunda başa çatan müqavilələr yenilənməyib.
Qeyd edək ki, bu ayrılıqlardan əvvəl klub Murad Xaçayevlə də anlaşmanı uzatmamağa qərar verdiyini açıqlayıb.
Beləliklə, “Sumqayıt” yay fasiləsində heyətində ümumilikdə dörd futbolçu ilə vidalaşıb.
