“Karvan-Yevlax”dan yeni transfer

ESTAFET/ "Karvan-Yevlax" növbəti futbolçu transferini həyata keçirib.
Bu barədə Sports.az-a bölgə təmsilçisindən məlumat verilib.
Qapıçı Pedro ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı oyunçu son olaraq ölkəsinin “Feyrense” klubunun formasını geyinib. Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür.
