Maqsud Tahirli Bolqarıstanda keçirilən beynəlxalq turnirdə qızıl medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun ilk yarış günündə Azərbaycan millisi uğurlu nəticə ilə yadda qalıb.

D qrupunda çıxış edən yeniyetmələrdən ibarət milli komandamızın üzvü Maqsud Tahirli 5 metrlik platformadan tullanışda yüksək nəticə göstərərək bütün rəqiblərini geridə qoyub və qızıl medala layiq görülüb.

Maqsud Tahirlinin bu uğuru Azərbaycan suya tullanma idmanı üçün mühüm nailiyyət kimi qiymətləndirilir.

Qeyd edək ki, turnirdə 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.

Müəllif: Bəhruz MƏMMƏDOV