Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb!

Gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Müəllif: Bəhruz MƏMMƏDOV