Qadın 3x3 basketbol millimiz Sumqayıt mərhələsinə qələbə ilə başladı

26 iyul tarixində Sumqayıtda start götürən Qadın Seriyası turnirinin yerli mərhələsində Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi ilk oyunda uğurlu nəticə əldə edib.

Qrup mərhələsində Çexiya yığması ilə qarşılaşan komandamız 20:12 hesabı ilə rəqibini məğlub edərək turnirə qələbə ilə başlayıb.

Millimizin növbəti oyunu Slovakiya yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:35-də start götürəcək.

Azərbaycan komandası Sumqayıt mərhələsində uğurlu çıxışla finala vəsiqə qazanmağa çalışacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV