MƏĞLUB OLDUQ VƏ HƏMİŞƏKİ YERİMİZƏ QAYITDIQ - YENİLƏNİB
ESTAFET/ Bu gündən 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə qruplarında 9-cu turun oyunları start götürüb.
Millimiz C qrupunda son ev matçına çıxıb. Rəqib isə Çexiya yığması idi. Görüş çexlərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
DÇ-2018. Avropa zonası üzrə seçmə mərhələ
C qrupu, IX tur
5 oktyabr 2017-ci il. Saat 20:00
Azərbaycan - Çexiya 1:2
Qollar: Əfran İsmayılov, 55 (pen.) - Kopiç, 34, Barak, 66
Baş hakim: Benua Millot
Baş hakimin köməkçiləri: Jülien Paselli, Bertran Juanno
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
Çexiya: 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak
Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik (q), 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak
Baş məşqçi: Karel Yarolim
Qrupumuzda keçirilən digər iki qarşılaşmada da səfər komandaları sevinən tərəf olublar. Belə ki, Almaniya səfərdə Şimali İrlandiyanı 3:1, Norveç isə San-Marinonu 8:0 hesabı ilə məğlub ediblər.
22:45 Şimali İrlandiya - Almaniya 1:3
Qol: Magennis - 90+3 : Rudi - 2, Vaqner - 21, Kimmix - 86
22:45 San Marino - Norveç 0:8
Qol: Henriksen - 8, Kinq - 14 (pen.), 17, M.Elyunussi - 39, 48, 68, Selnaes - 58, Linnes - 86
№ | Komanda | O | Q | B | M | T-F | X |
1 | Almaniya | 9 | 9 | 0 | 0 | 38-3 | 27 |
2 | Şm.İrlandiya | 9 | 6 | 1 | 2 | 17-5 | 19 |
3 | Çexiya | 9 | 3 | 3 | 3 | 12-10 | 12 |
4 | Norveç | 9 | 3 | 1 | 5 | 16-16 | 10 |
5 | Azərbaycan | 9 | 3 | 1 | 5 | 9-14 | 10 |
6 | San Marino | 9 | 0 | 0 | 9 | 2-46 | 0 |