Ağdamda mərhum idmançı Elçin Mahmudovun xatirəsinə karate turniri keçiriləcək

28 iyun 2025-ci il tarixində Ağdam Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında karate turniri təşkil olunacaq.

Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək və mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunub.

Turnirin məqsədi gənc karateçilər arasında sağlam rəqabəti təşviq etmək, bölgədə idmanın inkişafına töhfə vermək və Azərbaycanın karate idman növündə görkəmli adlar sırasında yer alan Elçin Mahmudovun xatirəsini yaşatmaqdır.

Yarışda müxtəlif yaş qruplarından olan idmançıların iştirakı gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV