DÇ-2018: İNGİLTƏRƏ VƏSİQƏSİNİ TƏMİN ETDİ - F QRUPU
ESTAFET/ 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində qitələr üzrə oyunlar davam edir. Bu gündən Avropa zonası üzrə qruplarda 9-cu turun oyunlarına start verilib.
 
Avropa zonası üzrə F qrupunda İngiltərə Slovakiya ilə oyunda Harri Keynin 90+4-cü dəqiqədə vurduğu qol sayəsində sona 1 tur qalmış Rusiya biletini özü üçün təmin edib. Play-offa 1 vəsiqə üçün isə Şotlandiya, Slovakiya və Sloveniya arasında mübarizə son turda daha dramatik olacaq. 
 
Qrupda keçirilən oyunları və qrupdakı son vəziyyəti təqdim edirik. 
 
DÇ-2018. Seçmə mərhələ, IX tur
5 oktyabr 2017-ci il

 

F qrupu
22:45 Malta - Litva  1:1
Qollar: 
Aqius - 23 : Slivka - 53

22:45 Şotlandiya - Slovakiya 1:0
Qol: Şkrtel - 49 (ö.q.)

 

22:45 İngiltərə - Sloveniya 1:0
Qol: Keyn - 90+4   

 

 №   Komanda   O   Q   B   M   T-F   X 
 1   İngiltərə  9   7   2   0   17-3   23 
 2   Şotlandiya  9   5   2   2   15-10   17 
 3   Slovakiya  9   5   0   4   14-7   15 
 4   Sloveniya  9   4   2   3   10-5   14 
 5   Litva  9   1   3   5   7-19   6 
 6   Malta  9   0   1   8   3-22   1