Azərbaycan cüdoçuları Almatıda keçiriləcək Asiya Kubokunda iştirak edəcək

3-4 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku keçiriləcək.
Yarışda ölkəmiz Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında 4 çəki dərəcəsində 4 cüdoçu (2 oğlan, 2 qız) ilə təmsil olunacaq.
Turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.
Qızlar
-44 kq
Fatimə Abdullayeva
-52 kq
Könül Eyvazlı
Oğlanlar
-60 kq
Nicat Şıxızadə
-66 kq
İlkin Qarayev
