Xüsusi olimpiya atletlərimiz beynəlxalq arenaya doğru!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin 8 nəfərdən ibarət idmançı heyəti 2025-ci il oktyabrın 16-da İspaniyanın Kastelon şəhərində keçiriləcək “Special Olympics Meeting Castellon 2025” beynəlxalq turnirində ölkəmizi atletika idman  növündə təmsil edəcək.

Onlar yarışqabağı məşqlər edirlər.

Turnirdə 400-dən çox idmançının iştirakı gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV