“Qarabağ”a yeni qələbələr diləyirəm” - Rövşən Nəcəf

ESTAFET/ AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

“UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - milli assosiasiyanın rəhbəri bildirib.

“Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.

Müəllif: Natiq NƏSİROV