Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimiz ilk oyunda məğlub oldu -
Millimiz ilk oyunda məğlub oldu

ESTAFET/ 16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.

Yığmamız İsveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:54.

Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.

Müəllif: Məsim MƏSİMZADƏ