Oskar Piastri Niderland Qran-Prisinin təsnifat mərhələsinin qalibi oldu

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula-1” üzrə 2025-ci il dünya çempionatının 15-ci mərhələsi – Niderland Qran-Prisinin təsnifat mərhələsində birinci yeri tutub.

İlk üçlüyə həmçinin onun komanda yoldaşı, britaniyalı Lando Norris və “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen daxil olublar.

Əsas yarış avqustun 31-də, Bakı vaxtı ilə saat 17:00-da Zandvort dairəsində keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV