Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.   Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.  Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, MDB Oyunlarında  avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.

Azərbaycan çempionatında ikinci günün texniki nəticələri aşağıdakı kimidir:

K2 500m oğlanlar FİNAL (2007-2008)

1. NİYAZ MƏLİKOV, ELVİN ƏLİYEV
2. RÜFƏT HƏSƏNZADƏ, TENGİZ QAQNİDZE
3. NİHAD QULİYEV, ŞAHİN İSAYEV

K2 500m oğlanlar FİNAL (2009-2010)

1. NURAN RƏHİMLİ, İVAN VOROBJANSKİY
2. NİZAMİ KƏRİMOV, BİLAL ALİYEV
3. ONUR MUSLU, İNAM BABAYEV

K2 500m oğlanlar FİNAL (2011-2012)

1. MUSTAFA VƏLİZADƏ, ELMİR TARVERDİYEV
2. SƏNAN CƏFƏRZADƏ, TAHİR MÖVSUMOV
3. KAMAL TAĞIYEV, ƏZİZ ƏHMƏDLİ

2x1500m oğlanlar FİNAL (2009-2010)

1. SABİT ABDULLAYEV, MƏHƏMMƏD HƏSƏNOV
2. CAVİD HƏBİBLİ, ŞAMİL ŞƏFİZADƏ
3. RUSLAN FƏRƏCOV, ELŞƏN HƏSƏNOV

K1 1000m oğlanlar FİNAL (2009-2010)

1. ƏLİMURAD HACIZADƏ
2. HÜSEYN HƏSƏNOV
3. BİLAL ƏLİYEV

2x1500m oğlanlar FİNAL (2007-2008)

1. AZƏR İLYASOV, TUNAR MƏMMƏDZADƏ
2. İSMAYIL ŞİRİNOV, FİKRƏT HƏSƏNOV
3. NİYMƏT HƏSƏNOV, ELNUR ƏLİYEV

K2 1000m oğlanlar FİNAL (2009-2010)

1. NURAN RƏHİMLİ, SAHİB ƏYYUBZADƏ
2. NİHAD MEHDİYEV, SƏRHAD FƏHRADLI
3. HÜSEYN HƏSƏNOV, NİZAMİ KƏRİMOV

Müəllif: Bəhruz MƏMMƏDOV