İSLANDLARIN ÖZÜNƏMƏXSUS REKORDU
ESTAFET/ Dünən keçirilən İslandiya - Kosovo görüşündə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri qrup birincisi olaraq mundiala birbaşa vəsiqənin sahibi olublar. Bununla da onlar Dünya çempionatları tarixində özünəməxsus rekorda sahib olublar. Belə ki, İslandiya mundiallar tarixində final mərhələsinə düşən ən az əhalisi olan ölkə kimi düşüb.
Xatırladaq ki, İslandiyanın cəmisi 330 min əhalisi var. bundan əvvəlki rekord isə 1,3 milyon əhali sayı ilə Trinidad və Tobaqoya məxsus idi.