Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
KAÇ-2017: KİŞİLƏRDƏN QƏLƏBƏ, QADINLARDAN MƏĞLUBİYYƏT -
KAÇ-2017: KİŞİLƏRDƏN QƏLƏBƏ, QADINLARDAN MƏĞLUBİYYƏT
ESTAFET/ Antalyada (Türkiyə) keçirilən şahmat üzrə klublararası Avropa Çempionatı davam edir. Xəbər verdiyimiz kimi, Azərbaycanın həm kişilər, həm də qadınlar arasında mübarizə aparacağı yarış oktyabrın 15-dək davam edəcək. 
 

Ötən illərdə olduğu kimi, bu dəfə də Azərbaycan kişi və qadınların mübarizəsində eyniadlı - "Odlar Yurdu" komandası ilə mübarizə aparır.

 

Bu gün çempionatda 3-cü turun oyunları oynanılıb. Kişilərdən ibarət komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq liderlər qrupunda yer alıb. Qadınlarımız isə bu tur ilk məğlubiyyətlərini alıblar. Komandalarımızın turda keçirdikləri görüşləri və nəticələri təqdim edirik.

 

KAÇ-2017: KİŞİLƏR, III TUR

 

Odlar Yurdu (AZE) - Padova (ITA)  3,5:2,5

Arkadiy Naydiç (2702) - Daniel Vokaturo (2607) 0,5:0,5

Rauf Məmmədov (2678) - Alberto David (2569) 1:0

Qədir Hüseynov (2647) - Sabino Brunello (2555) 0,5:0,5

Eltac Səfərli (2632) - Daniil Dvirniy (2542) 0,5:0,5

Nicat Abbasov (2587) - Alessio Valseççi (2508) 1:0

Azər Mirzəyev (2555) - Roberto Moqranzini (2501) 0:1

 

 

KAÇ-2017: QADINLAR, III TUR

 

Bossa Nova (BLR) - Odlar Yurdu (AZE) 2,5:1,5

Nataliya Jukova (2426) - Zeynəb Məmmədyarova (2298) 1:0

Olqa Badelka (2353) - Ülviyyə Fətəliyeva (2348) 0:1

Elena Zayats (2334) - Gülnar Məmmədova (2385) 1:0

Lanita Stetsko (2254) - Xanım Balacayeva (2319) 0,5:0,5