"Karyeramı bitirmək barədə düşünəcəyəm" - Eldəniz Əzizli

ESTAFET/ "Çox istəyərdim ki, 5-ci dəfə dünya çempionu olum. Amma bəzən istədiklərimiz olmur".
Bu sözləri Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanmış dördqat dünya çempionu, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
"Ona görə də naşükürlük eləmirəm. Əsas odur ki, ölkəmi fəxri kürsüdə təmsil edəcəyəm. Bu da müəyyən uğurdur. Amma məndən gözləntilər həmişə çox olduğu üçün özümü hər vaxt qızıla hazırlamışam. Təssüf ki, olmadı", - Əzizli bildirib.
Güləşçi karyerasını bitirib-bitirməyəcəyi barədə də danışıb: "Bu barədə düşünəcəyəm. Amma bizim nəsil güləşçilərdən mən artıq tək qalmışam, qalanları karyeralarını başa vurublar. Düşünürəm ki, onların sırasına qoşulmaq vaxtıdır".
