"Barselona" İspaniya çempionatında liderliyi ələ keçirdi

ESTAFET/ "Barselona" İspaniya çempionatının VII turunda evdə "Real Sociedad"ı 2:1 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində qolları Jül Kunde (43) və Robert Levandovski (59) vurublar. "Real Sociedad"ın heyətində isə Alvaro Odriosola (31) fərqlənib.
"Barselona" qələbə sayəsində İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. 19 xala malik Hans-Diter Flikin yetirmələri ikinci yerdəki "Real"ı (18 xal) qabaqlayır. "
