Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı

ESTAFET/ Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Lapua" Avropa Kubokunda Azərbaycan təmsilçisi Ruslan Lunyov uğurlu çıxış edib.
O, 25 metr məsafəyə atəş üzrə yarışda birinci olub.
Lunyov ardıcıl və dəqiq atışlarla 574 xalla (14x) rəqiblərini qabaqlayıb.
