Samboçulardan 2 qızıl, 3 gümüş, 3 bürünc medal - III MDB Oyunları

ESTAFET/ Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışları başa çatıb.

Yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilib.

Abdullətif Musayev (53 kq), Nihad Rəhimov (64 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar. 

Rüstəm Qasimzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+ 98 kq) finalda uduzaraq, gümüş medala sahib çıxıblar.

Sadiq Nadirov (79 kq), Mikayıl Amirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanıblar.

Müəllif: Natiq NƏSİROV