TAEKVONDOÇULAR DAN İMTAHANINDAN KEÇİBLƏR

ESTAFET/ Bu gün Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında dan imtahanı keçirilib. ATF-nın texniki direktoru Oh Kvanq Çeolun rəhbərliyi ilə keçən imtahanda respublikada fəaliyyət göstərən klub və bölmələrimizdən 40 ( 31 nəfər 1-ci dan, 5 nəfər 2-ci dan, 1 nəfər 3-cü dan və 3 nəfər 4-cü dan) idmançı və məşqçi-müəllim qatılmışdı.


İmtahanda uğurlu çıxış edən idmançı və eləcə də müəllimlərə müvafiq sertfikatlar təqdim edilib.